Sedat Pekerin videolarını yayımlayan Cenk Çelikə SİLAHLI HÜCUM – Öldüyü iddia edilir – VİDEObackend

Sedat Pekerin videolarını yayımlayan Cenk Çelikə SİLAHLI HÜCUM - Öldüyü iddia edilir - VİDEO

Sedat Pekerin videolarını yayımlayan Cenk Çelikə silahlı hücum edilib.

KONKRET.az xəbər verir ki, İstanbulun Ümraniye şəhərində küçənin ortasında silahlı hücum nəticəsində Cenk Çelik ağır yaralanıb. Çelik sosial şəbəkədə Sedat Pekerə qarşı yaydığı videolarla tanınıb.

Hadisə gündüz saatlarında Atatürk Məhəlləsi Çavuşbaşı küçəsində baş verib.

İddiaya görə, Cenk Çelik küçədə gedərkən arxadan yaxınlaşan silahlı şəxs bir-birinin ardınca atəş açmağa başlayıb.

Silahlı şəxs qaçıb, Çelik isə başına dəyən güllələrdən qan içində yerə yıxılıb.

Hadisəni görənlər dərhal polisə və təcili yardım qruplarına xəbər verib. Xəbərin ardından hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları təcili yardımla Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparıb.

Gələn xəbərlərdə vəziyyətinin ağır olduğu bildirilsə də, onun öldüyünü iddia edənlər də var.

Qeyd edək ki, Cenk Çelik sosial şəbəkədə Sedat Pekerə qarşı yaydığı videolarla tanınıb.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*