“Sədərək” Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşubbackend

"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub - FOTO

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

KONKRET.az-ın məlumatına görə, Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*