Qazaxıstanda etiraz aksiyaları davam edir. Artıq ölkəyə Rusiya sülhməramrlıları yerdiliib. Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Yanvarın 2-də başlayan aksiyalarla bağlı bir sıra müəmmalar hələ də qalır. Qazaxıstanda baş verən hadisələrlə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla söhbət elədik. O, baş verənlərə dair ehtimallarını KONKRET.az-la bölüşdü.
– Qazaxıstanda keçmiş SSRİ-dən qalan sonuncu birinci katib Nursultan Nazarbayevin görünməyən hakimiyyəti də sona çatdı. Onun Qazaxıstanın inkişafı üçün hansı işləri gördüyü barədə hələ çox yazılacaq. Yanvarın 2-dən başlayan aksiya maye qazın və başqa məhsulların qiymətinin bahalaşamasına görə, etiraz aksiyası keçirilib. Bu aksiyada tələblərdən biri də Nursultan Nazarbayevi nəzərdə tutan “Qoca, get!” şüarı idi. Qeyd edim ki, 2021-ci ilin noyabrında Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədrliyi səlahiyyətlərini ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayevə təhvil vermək barədə qərar qəbul edib.
Qeyd edək ki, Nursultan Nazarbayev prezident postundan istefa verdikdən sonra 2019-cu il martın 20-də Təhlükəsizlik Şurasının başçısı və Nur Otan Partiyasının sədri vəzifəsində qalmışdı. 2021-ci ilin aprelində isə o, Qazaxıstan Xalqları Assambleyasının sədri vəzifəsini tərk etdiyini bildirmişdi. Etiraz aksiyaları onun şura sədri vəzifəsindən getməyə də məcbur etdi. Bununla da Elbasının 1989-cu ildən Qazaxıstana rəhbərliyi qeyri-rəsmi olaraq 2021-ci il yanvarın 5-də sona çatdı.
Bir məsələni də xatırladım ki, o, hakimiyyətə etraz aksiyalarının fonunda gəlmişdi. 1986-cı il dekabrın 17-18-də Moskvanın Gennadi Kolbini Qazaxıstana Kommunist Partiyasının Birinci katib vəzifəsinə təyin etməsinə görə gənclər etraz aksiyası keçirmişdi. Kreml bu etirazı güc yolu ilə yatırmışdı. Kreml onu bu vəzifədə 1989-cu ilədək saxlaya bildi. Rəsmi mənbələrin etiraf etdiyinə görə, həmin etiraz aksiyaları nəticəsində 99 tələbə cinayət məsuliyyətinə cəlb olunmuş, 2 gənc güllələnərək öldürülmüşdü. Qazaxıstanın müstəqilliyi dövrü Nursultan Nazarbayevin adı ilə sıx bağlıdır. Biz bu məsələlərə toxunmaq istəməzdik.
Ölkənin indiki Prezidenti Tokayev etirazçıların tələblərini yerinə yetirmək üçün 6 ay möhlət götürüb. Başqa sözlə, tələb olunan məhsulların və maye qazın qiymətinin 180 günə tənzimlənəciyinə boyun olub. Habelə uşaqlara səhiyyə yardımı məqsədi ilə “Qazaxıstan xalqı fondu” yaradılıb. İlk baxışdan belə görünür ki, etirazçıların bütün tələblərinə əməl edilib. Ancaq hadisələrin inkişaf vəziyyətinin heç də belə sadə olmadığını ehtimal etməyə əsas verir. Heç bir aksiya spontan baş verimir. Onda belə bir sual yaranır: Baş verən hadisələrin arxasında hansı qüvvə dayanır?
Birincisi, ABŞ başda omaqla Qərb bloku. Qazaxıstan Qərbə inteqarsiyaya üstünlük verən Asiya dövlətidir. O, hətta ATƏT-in də üzvüdür. Futbol klubları UEFA-nın yarışlarında çıxış edir. Qazaxıstanda Qərbin tanınan neft şirkətləri fəaliyyət göstərir. Bu yaxınlarda isə ABŞ-la Qazaxıstan xarici işlər nazirlikləri arasında strateji müttəfiqliyə dair müqavilə imzalanmışdı. ABŞ və müttəfiqləri Qazaxıstanı öz sıralarında olmasını istəsə də, arada xeyli məsafə və ən əsası Rusiya var. Ancaq hadisələr zamanı Qərblə bağlı şüar və tələblərin səslənməsi bu bloka yönəli şübhələri müəyyən mənada aradan qaldırır.
İkincisi Rusiyadır. Hələ Nazarbayevin prezidentliyi dövründə Qazaxıstanla Rusiya arasında ərazi məsələsinə dair müəyyən mübahisələr yaranmışdı. Bundan başqa, ölkədə rus dillilərin sayı az deyil. Düzdür, son 30 ildə ruslar Qazaxıstandan könüllü olaraq köçüb. Bununla belə onlar sayına görə ölkənin ikinci etnik qrupu sayılırlar. Dekabrın 12-də Rusiya ilə NATO arasında Moskvanın təhlükəsizlik məsələsi üzrə təqdim etdiyi təkliflərə dair müzakirə olacaq. Rusiya ABŞ və NATO-dan, eləcə də Avropa İttifaqından təhlükəsizliyinə dair təminat istəyir. Belə ehtimal etmək olar ki, Rusiya Qazaxıstanda da vəziyyətin nəzarətdən çıxmasını dəstəkləyə bilər. Bununla o, Qərbə keçmiş SSRİ məkanında öz gücünü və nüfuzunu nümayiş etdirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində Rusiya sülhməralı hərbçilərinin Qazaxıstanda təşkilata üzv dövlətlərdən daha tez yetişməsi faktı da müəyyən şübhələrin yaranmasına şərait yaradır. Tokayev müraciətində Qazaxıstanın ərazi bütövlüyü və dövlətçilyin təhlükə ilə üz-üzə qaldığını bildirmişdi. Belə görünür, baş verən hadisələr də kənar qüvvələri Qazaxıstanı “qərbə qoşulsan, Ukrayna olacaqsan” deyərək hədələyiblər.
Üçüncüsü isə Nazarbayev hakimiyyətindən qalma qüvvələrə qarşı Tokayevin mübarizəsidir. O, məlum müraciətində bildirb ki, bu hadisələrin arxasında “maliyyə cinayətkarları” durur. Ölkədə maliyyə oliqarxları Nazarbayevin hakimiyyəti dövründə formalaşıb və daha çox onu dəstəkləyənlər sayılır. Belə qənaətə gəlmək olar ki, ikinci və üçüncü amillər birləşərək Qazaxıstanda həm Rusiyanın, həm də Tokayevin hakimiyyətini möhkəmlədirir. Başqa sözlə, Kasım-Jomart Nazarbayevin kölgəsindən çıxır. Sonrakı hadisələr isə Tokayevin açıqlayacağı təkliflər paketindən bəlli olacaq. Belə ehtimal etmək olar ki, o, islahatlarla bağlı proqramını açıqlayacaq. Çünki Qazaxıstan cəmiyyəti yenilik istəyir. Bunun üçünsə daha doğru yol islahatların aparılması ola bilər.
Natiq Səlim,
KONKRET.az