Səfərovların qətli ifşa olundu – Solovyov əsəbiləşdibackend

Səfərovların qətli ifşa olundu - Solovyov əsəbiləşdi

Kreml təbliğatçı Vladimir Solovyov Rusiya hakimiyyətinin Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı addımlarından “təəccüblənib”.

KONKRET.az axar.az-a istinadla xəbər verir ki, o, bu barədə öz verilişində danışıb.

“Niyə belə sürətlə (Səfərov qardaşlarının) meyitlərini Azərbaycana təhvil verdilər? Meyitlər verilməzdən əvvəl məhkəmə-tibbi ekspertizası aparılıbmı? Onun (ekspertizanın) nəticələri bizdə varmı? Bəs bu nəticələri təsdiqləyən video-görüntülər? Bütün bunlar bu qədər tez edildi? Kim (cəsədlərin təhvil verilməsi haqqında), hansı sənədlər əsasında qərar verib? Axı istintaq hələ də davam edir! İndi ölümdən sonra zərərin olub-olmadığını necə sübut edəcəksən? Bəs həbs anı necə olub? Video çəkilişi olub? Cavabını tapmayan çoxlu suallar var. Və cavab verməli olacaqsınız. Əvvəla, mənim bizə bir sualım var: burada nə baş verir?”, – o bildirib.

Qeyd edək ki, Solovyovun verdiyi sualların hamısının cavabı var, yalnız birindən başqa. Belə ki, meyitlərin ekspertizası keçirilib, tibbi rəylər Səfərovlar ailəsinə təqdim edilib və istintaqa tikilib, video-foto çəkilişlər olub. Sadəcə, meyitlər Azərbaycana gəldikdən sonra Bakıda tibbi-ekspertizadan növbəti dəfə keçirilib və Rusiyadakı rəylərin həqiqəti əks etdirmədiyini təsdiqləyən sübutlar toplanıb, foto-videoçəkilişlər aparılıb, qarşı tərəfə də təqdim olunub.

Solovyovun “təəccübünü” anlamaq mümkündür, o, dolayısı ilə izah edir ki, meyitlərin Bakıda təkrar ekspertiza ilə burada verdiyiniz rəylərin saxta olduğu, qətli ört-basdır etmək istədiyiniz ifşa olundu, bunu niyə hesablamamışdınız, niyə meyitləri verirdiniz ki, ifşa da olunasınız?

Solovyovun cavabı olmayan yeganə sualı isə budur: Burada nə baş verir?

Doğrudan da, Rusiyada nə baş verir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*