Senator Cim Riş Gürcüstan hakimiyyətini səfir Deqnana hücumu dayandırmağa çağırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, senator səfir Deqnana və Karl Harzelə hücumların tamamilə yersiz olduğunu və bunun dayandırılmasının vacibliyini diqqətə çatdırıb.
Onun fikrincə, bu cür siyasiləşdirilmiş ritorikanın gürcü mediasında yer alması məyusedicidir:
“Səfir Deqnan və diplomatik korpusdakı komandamız dəfələrlə ABŞ-ın gürcü xalqının transatlantik birlik və Aİ-də olmaq istəyini dəstəkləyib. Mediada siyasi qruplar arasındakı qarşıdurmaya çox vaxt ayrılır və bu cür fikir ayrılığı yalnız vicdanlı dialoq yolu ilə həll oluna bilər ”, – senator Riş vurğulayıb.
“Real irəliləyişə nail olmaq üçün bütün tərəflər öz fərqli mövqelərini nəzərə almalı və ümumi dil tapmalıdırlar. Məqsədli siyasi qütbləşmə gürcü cəmiyyətini təhdid edir və mənim Gürcüstanın bu dilemmadan çıxa bilməyəcəyi təqdirdə onun gələcəyi ilə bağlı narahatlığım artır”, – senator fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az