İranın Qorqan şəhərində havadan düşən naməlum metal əşyalar sakinlərdə böyük qorxu yaradıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İranın şimalında yerləşən Gülüstan əyalətinin mərkəzi şəhəri Qorqanda göydən düşən və naməlum metal kimi təsvir edilən əşyalar böyük qorxuya səbəb olub.
Tesnim Xəbər Agentliyi çaxnaşma yaradan hadisənin görüntülərini paylaşıb. Bildirilib ki, şəhərin müxtəlif məhəllələrinə və kəndlərə düşən, bomba effekti yaradan obyektlər bəzi evlərə və iş yerlərinə maddi ziyan vurub.
Rəsmiyyə Şərifova,
KONKRET.az