“Şəhərdə elə velosiped yolları var ki, ora göydən düşməlisən”backend

"Şəhərdə elə velosiped yolları var ki, ora göydən düşməlisən"

Bakı şəhərinin mərkəzi küçələrində və prospektlərində salınan velosiped yolları ilə bağlı qəribə vəziyyət yaranıb. Belə ki, şəhərin müxtəlif hissələrində velosiped zolaqlarının çəkilişi yollarda bir – birindən uzaq məsafədə təşkil edilib. Qırılan zolaqların hansı səbəbdən belə çəkilməsi sual doğurur. 

KONKRET.az xəbər verir ki, məsələ ilə referans.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Bakıda velosiped yollarının çəkilşində AYNA bir neçə dəfə cəhdlər edib və bu cəhdlər uğursuzluqla nəticələnib:

“Çünki bu zolaqların çəkilişi üçün həm maliyyə resursu ayrılmamışdı, həm də müəyyən dərəcədə insanların baxışı normal deyildi. Son bir ildə artıq belə layihələrin icrasına başlanılıb və mütəmada şəkildə həyata keçirilir. Düzdür görülən işlər çoxdur, amma, tamamlanmayıb. Proses yarımçıq kimi görünür. Buna görə də çətinlik yaradır, insanlar bu işlərə gülür. Başa düşüləndir, çünki proses tamamlanmayıb. Velosiped yolları şəbəkə halını almadığı üçün kənardan belə görünür. Şəhərdə planlı işlər görmək lazımdır. Dövlət hazırda həm COP29 tədbiri keçirməyə hazırlaşır, həm Qarabağda yüksək səviyyəli yenidənqurma işləri həyata keçirir. Bunlar hamısı vəsait tələb edir”.

Ekspert deyir ki, elə yollar var ki, velosiped zolağı həm gediş, həm gəliş üçün çəkilir, buna görə yolun digər yerində zolağın olması vacib deyil. Yolda çox yer tutmasın deyə belə edilir. Əsas problem zolaqların əlaqələndirilməməsidir. Məsələn, hansısa yolda zolaq var, digər yolda yoxdur. Elə bil ki, yola velosipedlə göydən düşməlisən, ya da velisipedi çiynində gətirməlisən. Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən işıqfordan qalxanda bir küçə boyunca velosiped zolağı çəkiblər. Amma, velosipedlə ora hardan gəlib girəcəksən, çiynində gətirəcəksən, ya taksidə gətirəcəksən bilinmir.”.

Müsahib bildirib ki, gələcəkdə yollardakı yarımçıq çəkilən velosiped yolları birləşdiriləcək. O həmçinin, əlavə edib ki, şəhərdə velosiped yollarının bu cürə çəkilməsi həm də səhlənkar görülən işlərin nəticəsidir.

“Problemli küçələrin sayı indi azalıb. Hardasa 30 küçə velosiped zolaqlarının çəkilişi ilə bağlı problemli idi. Belə küçələrdən biri də Fizuli küçəsindədir”, – deyə Aslan Əsədov sözlərinə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*