Şəhərlərarası sərnişin daşıma ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Şəhərlərarası sərnişin daşıma ilə bağlı MÜHÜM AÇIQLAMA

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı alan və əsasən də şəffaf arakəsmə quraşdıran taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər.

KONKRET.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyun ayının 15-ə qədər şəhərlərarası sərnişindaşımada məhdudiyyətin vaxtı uzadıldı. Bu müddət ərzində şəhərlərarası sərnişindaşımanın ictimai nəqliyyatın, avtobusların xidmətlərindən istifadə olunması qadağan olsunsa da, DANX ölkə üzrə yaxın istiqamətlərdə iş yeri olan vətəndaşların gediş-gəlişini təmin etmək məqsədi ilə yeni qaydalar hazırlayıb. Bu qaydalara əsasən qurum tərəfindən fərqlənmə nişanı alan taski sürücüləri, şəffaf arakəsmə də quraşdırmalıdırlar. Yalnız həmin sürücülər ölkə üzrə yaxın məsafədə şəhərləarası sərnişin daşımanı həyata keçirə biləcəklər”.

N.Allahyarova əlavə edib ki, həmin avtomobillərin damında mütləq taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən fərqləndirici nişan olmalıdır.

Redaktor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*