Birinci Qarabağ müharibəsinin şəhidi Habil Əmralıyevin anası Xalidə Əmralıyeva vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
X. Əmralıyeva aprelin 25-də 76 yaşında dünyasını dəyişib.
Mərhum Bərdə rayonunun Xanərəb kəndinin qəbiristanlığında – şəhid övladının məzarı yanında dəfn olunub.
Qeyd edək ki, Xalidə Əmralıyeva 1949-cu ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Mərhum 4 övlad anası idi. Onun oğlu Habil Əmralıyev 1994-cü il yanvarın 3-də 21 yaşında Murovdağda şəhid olub.