Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən – AÇIQLAMAbackend

Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA

“2 gündür ki, cəbhə bölgəsindəyik. Gecələr yatmırıq, o şəklə görə hamı məni qınayır. Əslində, o şəklin çəkilmə səbəbi bayraq sevgisidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında jurnalist Rəşad Borcəli deyib.

O Tovuzda şəhid atası müsahibə verərkən bayrağa sarılıb, şəkil çəkdirib və buna görə kəskin tənqid olunub.

Jurnalist bildirib ki, fotonu səhifəsindən kimsə götürüb və yanlış başlıqla yayıb: “Yaxın bir insan bu şəkli götürüb və “jurnalist ağladı” başlığı ilə yayıb. Əslində isə burada mən bayraq sevgimi göstərmək istəmişdim”.

Bu gün sosial şəbəkələrdə yayımlanan görüntülər səs-küyə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*