backend

Şəhid generalımızın adına PUA hazırlanır

“TechoROUT” startapının təsisçisi və rəhbəri Tural İsmayılzadə şəhid general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün maraqlı ideya ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, T.İsmayılzadə şəhid generalın adına PUA hazırlamağı düşünür.

O, bundan öncəki layihələrinin bir çoxuna şəhidlərin adını verdiyini bildirib:

“Komandamız Azərbaycanda sosial innovasiyaların inkişafı və texnoloji məhsullar üzərində işləyir. Ölkəmizdə bir sıra beynəlxalq layihələrin tətbiqinə, o cümlədən insanların sosial sahədə üzləşdiyi problemlərin həllinə çalışırıq. Ermənilərin Tovuz təxribatı bizi də çox narahat etdi və düşündürdü. Şəhid olan həmvətənlərimizin xatirəsi bizim üçün əzizdir, əbədidir. Öncəki layihələrimizdən bir çoxuna şəhidlərimizin adını vermişik. Tovuz şəhəri mənim doğulduğum, böyüdüyüm əziz məkandır, orada çoxlu xatirələrim var. Bu cür dəyərli və igid oğlumuzun orda şəhid olmasına görə qərar verdik ki, Polad bəyin adını əbədiləşdirək”.

Şərq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*