Şəhid Mətləb Zamanovun ailəsi ziyarət olundu – FOTObackend

Şəhid Mətləb Zamanovun ailəsi ziyarət olundu - FOTOLAR

Bu gün Şəmkir rayonunun  Morul kəndindən olan 44 günlük Vətən Müharibəsi şəhidi Zamanov Mətləb Nizami oğlunun ailəsi və övladları ziyarət olunub.

KONKRET.az xəbər verir ki, ziyarətdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, xalq artisti Nurəddin Mehdixanlı, vətənpərvər mahnıların müəllifi Cəlal Qurbanov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 2000-ci il buraxılışının bir qrup məzunları iştirak ediblər.

Söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıldı.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Zamanov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*