Vətən Müharibəsində şəhid olduğu haqda xəbər yayılan Vəliəhəd Vəliyev də erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.
KONKRET.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.