Şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər – Zakir Nuriyevbackend

Şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər - Zakir Nuriyev

Azərbaycanda banklar antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin yaxın qohumlarının da kredit borcunu silə bilər.

KONKRET.az xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

“44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*