Şəhid polkovnik Babək Səmidlinin “Zəfər” ordeni ailəsinə təqdim olundu – FOTOLARbackend

Şəhid polkovnik Babək Səmidlinin “Zəfər” ordeni ailəsinə təqdim olundu - FOTOLAR

Prezidenti İlham Əliyev tərəfindən Silahlı Qüvvələrinin polkovniki, Birinci Ordu Korpusu komandirinin müavini Babək Səmidlinin ölümündən sonra təltif edildiyi “Zəfər” ordeni bu gün onun ailə üzvlərinə təqdim olunub.

KONKRET.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general–mayor Zaur Abdullayev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhid ailələri, qazilər, rayon ictimayyətinin nümayəndələri əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında gedərək şəhid polkovnik Babək Səmidlinin, eləcə də Vətən uğrunda canından keçən igidlərin məzarını ziyarət ediblər.

Məzarlıqda çıxış edən şəxslər Vətən Müharibəsində qazanılan böyük qələbədən, torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Göyçaylı gənclərin, həmçinin, Babək Səmidlinin şücaətindən, şərəfli döyüş yolundan, qəhrəmanlığından danışıblar.

General-mayor Zaur Abdullayev “Zərəf” ordenini şəhid polkovnikin övladları Mətləb və Səmid Səmidliyə təqdim edib./apa/

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*