backend

"Şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir?" - AZAL-dan haqlı şikayət...

Vətən müharibəsində şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu “Azərbaycan Hava Yolları” QSC-dən  (AZAL) şikayət edib. E.İslamoğlu şəhid qardaşının hərbi hissədən verilən şəxsi əşyalarını və paltarlarını Naxçıvana göndərə bilmədiyini deyib.

KONKRET.az xəbər verir ki, E.İslamoğlu baş verənləri Moderator.az-a belə nəql edib:

“Qardaşımın şəxsi əşyaları və geyimlərini Göygöldəki hərbi hissədən Bakıya gətirdim. İndi Naxçıvana, evimizə göndərməliyəm.
Karqo ilə göndərmək üçün dəfələrlə hava limanının qaynar xəttinə zəng etdim, bir neçə şəxslə danışsam da nəticə olmadı. Məcbur qalıb mətbuat xidmətlərinə zəng etdim. “Əşyaları göndərmək üçün kimsə Naxçıvana getməlidir, 30 kiloqram pulsuz, qalan hər kiloqram üçün 40-50 qəpik ödəməlisiniz. Hava limanının qaydalarına görə əşyaları kimsə getmədən göndərmək olmur” dedi Paşa bəy.

Mənim qardaşım Murovdan Şuşaya kimi döyüşüb, iki dəfə yaralansa da döyüşdən çıxmayıb, qəhrəmancasına şəhid olub. Amma bu gün onun əşyalarını Naxçıvana göndərmək “Azərbaycan Hava Yolları” üçün böyük problem olub. Tüpürüm o məbləğə, mənim üçün o məbləğ heç nədir. Amma şəhidə qarşı hörmətsizlik edilməsinə susa bilmirəm. Torpaq uğrunda canından keçən şəhidin əşyalarını evinə göndərmək üçün niyə pul tələb edilməlidir? Əşyaları karqoyla göndərmək bu qədərmi çətindir?

Hava limanının rüşvətxor, harın rəhbərinin damarlarından azərbaycanlı qanı axsaydı, şəhidə qarşı belə hörmətsizlik edilməzdi.
İçimizdəki düşmənlər ön cəbhədəki düşməndən daha təhlükəlidir.

Heç kim incidilmiş şəhid ailələrindən ikinci dəfə fədakarlıq gözləməsin. Çox heyf minlərlə şəhiddən, çox heyf…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*