Şəhidin yardımı ilə dolanan ailə acınacaqlı durumda – VİDEObackend

Şəhidin yardımı ilə dolanan ailə acınacaqlı durumda - VİDEO

Sumqayıt şəhərində yaşayan azyaşlı Əli Həbibov ailəsinə kömək etmək üçün küçədə salfet satır.

KONKRET.az xəbər verir ki, Baku TV acınacaqlı vəziyyətdə olan Həbibovlar ailəsinin qonağı olub.

İllər əvvəl atasını itirən Ə.Həbibovun anası xəstəlikdən əziyyət çəkir. Yaşamaq üçün evləri belə olmayan ailəyə uzun müddət şəhid xüsusi təyinatlı Şəhriyar Quliyev köməklik edib. Ailə müvəqqəti olaraq maşının yük yerini özlərinə sığınacaq edib.

Kiçik yaşından anasının və bacısının məsuliyyətini öz üzərinə götürən Ə.Həbibovun ailəsinə kömək lazımdır.

Yardımsevər şəxslər bu ailəyə kömək üçün (+994) 55 214 71 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ətraflı süjeti təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*