Səhiyyə naziri istefa verdi: “Yorulmuşam…”backend

Səhiyyə naziri istefa verdi: "Yorulmuşam..."

Avstriyanın Səhiyyə naziri yorulduğunu əsas gətirərək, istefa verib.

KONKRET.az xəbər verir ki, COVID-19 epidemiyasının gətirdiyi iş yükündən bezdiyini bildirən Avstriyanın Səhiyyə naziri Rudolf Anşober istefa verib.

Vyanada keçirdiyi mətbuat konfransında açıqlama verən R. Anşober, “15 aylıq vəzifəm mənə 15 il kimi gəldi” deyərək vəzifəsindən istefa verdiyini açıqlayıb.

Özünü hazırkı iş yükünə uyğun hesab etmədiyini və gücünü itirdiyini söyləyən 60 yaşlı nazir “tükənsəydim, burada olmazdım. Lakin vəzifəmi yerinə yetirmək üçün gücüm qalmadı. Son illərin ən pis sağlamlıq böhranında ölkənin hazırkı iş rejiminə uyğun nazirə ehtiyacı var və o şəxs mən deyiləm”, – deyə, qeyd edib.
Qeyd edək ki, R. Anşober ötən ilin martında ürək-damar problemləri səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Epidemiyanın başlanğıcından bəri 9 milyon əhalisi olan Avstriyada 9700 nəfərdən çox insan koronavirusdan həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*