Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdubackend

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar.

Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub – 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları taym-breykədək uzatmağa çatıb.

Yan-Kşiştof Duda (Polşa) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 3,5:2,5
Maqnus Karlsen (Norveç) – Maksim Vaşye-Laqrav (Fransa) – 3,5:2,5
Uesli So (ABŞ) – Vladislav Artemyev (Rusiya) – 2,5:1,5
Levon Aronyan (Ermənistan) – Hikaru Nakamura (ABŞ) – 1:3
Teymur Rəcəbov (AZƏRBAYCAN) – Aniş Giri (Niderland) – 2,5:3,5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*