Şəhriyar və Teymur mövqeyini qorudubackend

Şəhriyar və Teymur mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

KONKRET.az qurumun saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2656) isə 87-ci, Rauf Məmmədov (2 654) 91-ci pillədə qərarlaşıb.

Siyahıya Maqnus Karlsen (Norveç, 2847) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 2460 xalla 26-cı, Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-ci pillədə yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*