Şəkidə 4 otaqlı ev YANDIbackend

Şəkidə 4 otaqlı ev YANDI

Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Kamran Yəhyə oğlu Rəsulova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları evin əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*