Şəkidə 7 otaqlı ev yandıbackend

Şəkidə 7 otaqlı ev yandı

Şəkidə 7 otaqlı ev yanıb.

KONKRET.az-ın məlumatına görə, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Baş Küngüt kəndində baş verib.

Həmin kənd sakini Rəsulov Valeh Mövlan oğluna məxsus, ümumi sahəsi 315 kv/m olan kürsülü birmərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğın zamanı 4 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə, 3 otağın isə tavanı yanıb.

Yanğın yerinə Şəki YMH-dən yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*