Şəkidə küçəyə çıxan kişini çaqqal dişlədibackend

Şəkidə küçəyə çıxan kişini çaqqal dişlədi

Şəkidə 43 yaşlı kişini çaqqal dişləyib.

KONKRET.AZ-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Köndələn kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Arif Hacı oğlu Mustafayev yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istəyən zaman çaqqalın hücumuna məruz qalıb. Çaqqal A. Mustafayevin sol ayağından dişləyib.

A. Mustafayevə Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə  peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*