Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar varbackend

Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.

Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə “VAZ-2106″da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*