Səmədovun yerinə təyinat: İstefa vermişdi, yenidən sədr seçildibackend

Səmədovun yerinə təyinat: İstefa vermişdi, yenidən sədr seçildi

İmişli rayon Ağsaqqallar Şurasına yeni sədri seçilib.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, mayın 21-də təşkilatın növbədənkənar yığıncağı keçirilib.

Toplantıda sədr seçilməsi məsələsinə baxılıb. Səsvermə ilə Əməkdar müəllim Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə gətirilib.

O, uzun illər İmişli rayon Təhsil Şöbəsinin müdiri postunda çalışıb. R.Əmirov 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi rayon Ağsaqqallar Şurasının sədri olub. Daha sonra o, bu vəzifəsindən istefa verib.

Qeyd edək ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə qatılıb və çıxış edib. Onun hərəkəti sosial şəbəkələrdə böyük müzakirə və narazılığa səbəb olub. Məsələyə münasibət bildirənlər S.Səmədovu SSRİ xiffəti çəkməkdə, Rusiyanın imperializm siyasətinin təbliğatını aparmaqda ittiham ediblər. “Georgi lenti” Moskvanın bu siyasətinin əsas simvollarından biri sayılır.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti toplanıb və məsələyə qiymət verib. İdarə Heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Onun yerinə rayon Ağsaqqallar Şurasının sədr müavini Vahid Tağıyev gətirilmişdi. Lakin sonrada onun da tədbirə sinəsində “Georgi lenti” ilə qatılması üzə çıxab. Bir neçə gün sonra V.Tağıyev istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*