Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü İntiqam Əsgərov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.