Şəmkirdə evdə başından güllələnmiş kişinin meyiti tapıldıbackend

Şəmkirdə evdə başından güllələnmiş kişinin meyiti tapıldı

Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlunun meyiti kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, meyiti tapılan şəxs rayonun Çinarlı kənd sakinidir və o, bir müddətdir Seyfəli kəndində kirayə qalırmış.

Hadisənin necə və kim tərəfindən törədildiyi araşdırılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*