Şəmkirdə inzibati bina yandıbackend

Şəmkirdə inzibati bina yandı

Şəmkir rayonunda yanğın olub.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Zəyəm qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları 75 m² sahədə, digər 2 otağının lambirindən ibarət tavanı 40 m² sahədə və dam örtüyü 85 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*