Sən demə, dünən Ümumdünya Kişilər Günü idibackend

Sən demə, dünən Ümumdünya Kişilər Günü idi

Noyabr kişilər üçün ən məhsuldar aydır. KONKRET.az xəbər verir ki, noyabrın ilk şənbə günü Ümumdünya Kişilər Günü, 19-cu isə Beynəlxalq Kişilər Günüdür. Belə bir günün təsis edilməsində məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Beynəlxalq Kişilər Günü isə qeyd etdiyimiz kimi hər il noyabr ayının 19-da qeyd olunan beynəlxalq tədbirdir.

İlk olaraq 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) yaranıb və Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunmağa başlanıb.

Qadın və Sülh Mədəniyyəti komitəsinin direktoru İngeborg Breyns UNESCO-un adından bildirib ki, “Bu, çox gözəl ideyadır və gender balansı təmin etmiş olacaq”. O, əlavə edib ki, UNESCO təşkilatçılarla əməkdaşlıq etmək niyyətindədir.

Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur: Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Pakistan, Kuba…

Nə birinci, nə də ikinci bayram Beynəlxalq Qadınlar Günü kimi bir miqyas almadı. Bu tarix olduqca təvazökardır, amma yenə də cəmiyyətimiz kişilərimizi sevməyin lazım olduğunu söyləməlidir.

 

Bazarda və mağazalarda, ən çətin işlərdə yalnız kişilər olur

Azərbaycanda kişilər ailənin əsas məsuliyyətini öz üzərinə götürən güclü təbəqədir. Ev alqı-satqısı, xüsusən də bazarda və ya ən çətin iş yerlərində, eləcə də əksər ailələrdə əsas aparıcı rolu kişilər oynayır.

Arvad alış-verişə və ya bazara getmək, özünə və sevimli uşaqlarına paltar almaq istəsə həmişə kişiyə arxalana bilər. Kişi səbrlə həyat yoldaşı ilə bütün dükanlara gedəcək, seçimini təyin etməyə yardımçı olacaq və bütün bunları gözünü qırpmadan edəcək.

Sevimli həyat yoldaşı üçün hətta hədiyyə alan kişilərə ancaq alqış düşür.

Azərbaycan kişiləri mərd, məğrur, sınmaz və sadiqliyi ilə seçilir. Təsadüfi deyil ki, slavyan qızları Azərbaycan kişilərinə məhz bu xüsusiyyətlərinə görə vurğundur. Bizim mentalitetimizdə hər şey salamlaşmaqdan başlayır. Görüşdə bir-birilə salamlaşan Azərbaycan kişisi öz məhkəmliyini və dəyanətini göstərmək üçün əllərini daha çox sıxır. Bu, kişilərimizin əzəmət rəmzidir. Hə, bir də yolda salamlaşmayan kişilərimizi təsəvvür etmək mümkün deyil,

Siz belə şəkillərlə qarşılaşanda əsla pis olmayın. Bu, bizim kişilərə yad xüsusiyyətdir. Ailə dəyərlərimizə sırınan bu kimi halları xüsusən televiziyalarımızda müşahidə edə bilərik.

Siz maviləri, lüt və açıq-saçıq qızlarla poza verib şəkil çəkdirənləri, trolları və siyasi şüvənlik göstərənləri, eləcə də korrupsiyaya bulaşmışları bu gün münasibətilə təbrik etməyə də bilərsiniz.

Amma Azərbaycan kişisi qəlb qırmır, iltifat göstərməyi də bacarır. O başqalarının həyatlarına müdaxilə etmir və nəcabət simvolu kimi ürəklərdə mühüm yer tutur.

Azərbaycan kişisi deyəndə Vətənini qoruyan əsgər və zabit heyətini də unutmaq olmaz. Öz canlarını Dövlətimiz və Xalqımız yolunda fəda edən ŞƏHİDLƏRİMİZ isə AZƏRBAYCANIN əsl kişiləri olub.

Beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını başının üstündə və çiyinlərində gəzdirən Azərbaycan kişiləri ilə də qürur duymaq olar. Vətənimiz onlarla da qürur duyur.

Müəllimlərimiz, alimlərimiz, polislərimiz, diplomatlarımız və müxtəlif sahələrdə çalışan peşə sahiblıri arasında o qədər kişilərimiz var ki, bu gün onlara da təbrik payı düşür.

Nə isə, başınızı çox ağrıtmayaq, Qoy öz ölkəsi və ailəsi, valideynləri, eləcə də onu sevən hər kəs üçün şərəf gətirən Azərbaycan KİŞİSİ var olsun!

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*