SENSASİYA: Müsyo Jordan Fransa kəşfiyyatına xidmət edirmiş – ŞOK FAKTLARbackend

SENSASİYA: Müsyo Jordan Fransa kəşfiyyatına xidmət edirmiş - ŞOK FAKTLAR

“Axundovun dediyi Müsyö Jordanın reallıqda kim olduğunu dünən deşifrələdim”.

KONKRET.az xəbər verir ki, bunu tanınmış publisist Həmid Herisçi bildirib. O, fikirlərini faktlarla sübut edib:

“O fransız botaniki Anri Muadır (Henri Mouhot). Həmin vaxt, 1850-60-cı illərdə Fransa kəşfiyyatı bir sürü botaniki, kəpənəksevəri səfərbər edib dünyanın dörd tərəfinə ezam edir. Məqsəd?- Dünyanı öyrənmək, Fransanı maraqlandıran coğrafi nöqtələri aşkarlamaq.

Anri Mua, belə botaniklərin, kəpənəksevərlərin ən uğurlusuydu. Bəlkə də Qarabağda da olmuş, ordakı siyasi trendləri, maraqları bittə-bittə öyrənmişdi. Bizim yerli xanlara basıb bağlayırdı ki, bəs guya kəpənəkləri tədqiq edir.

Qarabağdakı fəaliyyəti Axundov tərəfindən qələmə alınan “botanik” 1860-cı ildə Çinə səfər edir. Yerli aborigenləri kəpənək əfsanəsi ilə aldadıb cəngəlliklərdə qədim Ankor Vat şəhərini aşkarlayır. Üç həftə bu ünvanda ləngiyir, xarabalıqları öyrənir, nəticələrini ölümündən sonra nəşr edilən əsərinə daxil edir.

Beləliklə, həqiqi Müsyö Jordanlar həqiqətən mövcud olub. Ancaq ismin tək halında deyil, cəm şəklində. O vaxt Fransa kəşfiyyatı eyni senari, eyni bəhanə ilə çox yerə öz botaniklərini ezam etmişdi. Bu trafaret əməliyyat idi. Eyni mərkəzdən idarə edilirdi.

Beləliklə, ədəbiyyatımızın bir sirri də azaldı.

Müsyö Jordan 170 ildən sonra nəhatyət ki, ifşa edildi…

Anri Muadan sonra Fransa kəşfiyyatı Ankor Vatda “Fransız İnstitutu” adlı qondarma bir elmi təşkilat qurur. Öz fəaliyyətini orda bu cür davam etdirir. Kəpənəksevərləri alimlər, arxeoloqlar əvəzləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*