backend

"Senatda qətnamə qəbul etmək daha çətin olacaq" - Suren Sarkisyan

“Senatda qətnamə qəbul etmək daha çətin olacaq. ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş yeni bir qətnamə artıq Senata müzakirəyə təqdim edilib”. Bu barədə politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.

“ABŞ Konqresinin yuxarı palatasında – Senatda erməni soyqırımı ilə bağlı qətnamə qəbul etmək daha mürəkkəb bir prosesdir. Problem ondadır ki, Senatın praktikasında “veto” (Senate Hold) anlayışı var. Bu o deməkdir ki, 100 senatordan istənilən biri vetonu aktivləşdirməklə hər hansı bir hüquqi aktı və ya qətnaməni bloklaya bilər, bununla da məsələnin gündəliyə və səsverməyə çıxmasını əngəlləyə bilər.

Bu proses lobbiçilərimizə yaxşı tanışdır. Biz bundan iki dəfə Ermənistan və Azərbaycandakı səfir namizədləri Metyu Brayza və Con Hoqlandın (Senator Menendes) əleyhinə istifadə etmişdik.

Hüquqi prosesə girmədən yalnız qeyd edirəm ki, respublikaçı çoxluğun lideri Mitç MakKonnellin dəstəyi bu məsələdə çox vacibdir.

Hazırda 16 senatorun dəstəyi var, bir senatorun (Kori Buker) dəstəyi isə həm məni, həm də türk dostlarını təəccübləndirib”.

KONKRET.az xatırladır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası iki gün əvvəl səs çoxluğu ilə erməni soyqırımının tanınması haqqında 296 saylı qətnaməni qəbul edib. Həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstəklənən sənədin lehinə 405, əleyhinə isə 11 konqresmen (onlar Türkiyənin lobbiçiləri hesab olunurlar) səs vermişdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*