KONKRET.az xəbər verir ki, ABŞ-ın Corciya Ştatından olan senatoru David Perdue Ermənistanda arzuolunmaz adam elan olunub. Artıq erməni sosial şəbəkələrində Senatda “erməni soyqırımı” qətnaməsi ilə əlaqədar səsvermənin qarşısını alan senator ermənilər tərəfindən şiddətlə qınanılıb. Qeyd edək ki, səsvermə zamanı David Perdue belə bir qətnamənin qəbul edilməsinin doğru vaxt olmadığını vurğulayıb. Ermənilər bu David Perdueni haqsızlıqda ittiham ediblər.
Qeyd edək ki, daha əvvəl noyabrın 13-də ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən bir neçə saat sonra Konqresin yuxarı palatası senator Lindsey Qraham tərəfindən veto qoyulmaqla keçidinə maneə törədib.
Paralel debatlarda senatorlar Robert Menendes və Ted Kruz qanun layihəsinin yekdilliklə təsdiqlənməsi üçün çağırış ediblər.