Senator sui-qəsdə məruz qaldıbackend

Senator sui-qəsdə məruz qaldı

Kolumbiya prezidentliyinə namizəd, senator Migel Uribe iyun ayında Boqotada xalq qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb. O, başından aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə RT xəbər yayıb.

Məlumata görə, senatorun çıxışı zamanı ona hücum edilərək, başından yaralanıb və vəziyyəti ağır olaraq qiymətləndirilmişdi. Hadisə ilə əlaqədar saxlanılan şəxs 15 yaşlı oğlandır. O, senatorun kürəyinə təxminən altı dəfə atəş açmaqda şübhəli bilinir.

Səlahiyyətli orqanlar hücumda başqa şəxslərin də iştirakı olub-olmaması barədə araşdırmalar aparır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*