“Həftəsonları ictimai nəqliyyatın işləməməsi və şənbə günləri ilə bağlı bütün məktəblərə sorğu göndərilib. Sorğuların cavabına əsasən, görünən odur ki, bu, ciddi problem deyil”.
KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bir çox hallarda belə məktəblər kənarlarda yerləşir və bu məktəblərə uşaqlar ictimai nəqliyyatla getmirlər: “Onların əksəriyyəti həmin icmanın ətrafında yaşayan insanlardır. Bəzi hallarda isə validenylər tərəfindən şəxsi minik vasitələri ilə təmin olunurlar. Əgər müəyyən istisna hallar olarsa, biz bunu müəssisə bazasında həll edə bilərik. Ümumilikdə bu məsələ ciddi problem deyil. Çünki bizim 6 gün tədris olan məktəblərimizin sayı elə də çox deyil. Biz yalnız Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın məhdudlaşmasından danışırıq”.
Qeyd edək ki, nazirin sözlərinə görə, dərslər həftədə 5 dəfə, bəzi hallarda isə 6 dəfə keçirilə bilər.