Şenderoviç: “Kreml üçün yüz minlərlə rusun ölməsi əhəmiyyət daşımır”backend

Şenderoviç: "Kreml üçün yüz minlərlə rusun ölməsi əhəmiyyət daşımır"

“Tamamilə bitmiş bir rejimin aydın strategiyası ilə üz-üzəyik. Kreml hər hansı insan itkisindən asılı olmayaraq, müharibəni davam etdirməyə hazırdır”. 

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərin müəllifi rus müxalif publisist Viktor Şenderoviçdir.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti açıq şəkildə uzunmüddətli hərbi münaqişəyə hazırlaşır. O, müqaviləli əsgərlərin sağlamlıq tələblərində dəyişiklik edilməsi və orduda iki illik çağırış xidmətinin bərpası ideyası ilə bağlı xəbərləri belə şərh edib.

“Bugünkü Rusiyanı simvolizə edən və onun hansı qanunlarla yaşadığına qərar verənlər hər şeyə hazırdırlar… 100 min, 200 minmi insan öləcək. Bu onlar üçün qorxulu deyil”, – deyə o qeyd edib.

Şenderoviç Çin lideri Mao Tzedunun vaxtilə “Qərblə müharibə halında 600 milyon çinlini qurban etməyə hazıram, bəs onlar hansı qurbanlara hazırdırlar” sözlərini xatırladıb.

Rusiya prezidenti indi Qərbə eyni mesajı verir. “Bəli, (biz) 150-200 min itirdik, daha çoxunu irəli sürə bilərik. Biz tükənmərik, qadınlar hələ də uşaq doğurur”, – deyə Şenderoviç bildirib.

“Putin açıq-aşkar qan tökülməsinə ümid edir. Çünki o, Ukraynanın imkanlarının hər halda daha az olduğunu yaxşı bilir… Putin kifayət qədər aydın və həyasızcasına deyir: bəli, biz hazırıq, çünki qullar susacaq, Üsyan yatırılacaq və mənim nüvə silahım var, ona görə də mənə heç nə etməyəcəksiniz”, – deyə müxalif publisist söyləyib.

Rusiya müxalifətçilərinin bu cür pessimist çıxışları bəziləri tərəfindən Kremlin gizli təbliğatı kimi də qəbul edilir. Onların fikrincə, özlərini müxalif kimi göstərməyə çalışan bu adamlar belə çıxışlarla həm Qərb tərəfini, əsas da ukraynalıları ruhdan düşürməyə çalışırlar. Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*