“Sənədi etibarsızdır, vətəndaşa heç bir xidmət göstərmir” – Deputatlar arasında fikir ayrılığıbackend

"Sənədi etibarsızdır, vətəndaşa heç bir xidmət göstərmir" - Deputatlar arasında fikir ayrılığı

“Bu gün konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələ bələdiyyələrlə bağlıdır. Referendumla konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib”.

KONKRET.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, seçkili orqan başqa seçkili orqana hesabat verməməlidir: “Bu gün vətəndaş bələdiyyə sənədini göstərəndə onu etibarsız hesab edirlər. Sənədi etibarsız olan bir qurum niyə qalmalıdır ki? Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir. Bakıda istilik, lift, yol və s məsələlər problemdir. Gələcəkdə mərkəzləşməyə qarşı Milli Məclis qərar qəbul etməlidir. Bu, vətəndaşın xeyrinə deyil”.

Milli Məclisin komitə sədri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir: “Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*