Sənədsiz evlərin məsələsi nə vaxt həll olunacaq? – VİDEObackend

Sənədsiz evlərin məsələsi nə vaxt həll olunacaq? - VİDEO

Sənədsiz evlərlə bağlı məsələ Azərbaycanda uzun illərdir gündəmi zəbt etməkdə davam edir.

KONKRET.az xəbər verir ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən və sayı yüz minlərlə olan istər fərdi evlərin, istərsə də çoxmənzilli binaların aqibəti barədə zaman-zaman düşünülsə də, fakt odur ki, məsələ bu gün də həll olunmamış qalır.

Son illərdə qanunsuz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsi üçün dəfələrlə dövlət başçısı tərəfindən tapşırıq və sərəncamlar verilsə də, problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Bu problem dəfələrlə ölkə rəhbərliyi tərəfindən də dilə gətirilib. Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, prosesin yekunlaşmamasının əsas səbəblərindən biri koronavirus pandemiyası oldu.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Dövlət Əmlak Xidməti və digər qurumlarla birlikdə işlər davam etdirilir. Hər hansı bir yenilik olacağı təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Deputat Vahid Əhmədovun sözlərinə görə isə sənədsiz evlərlə bağlı məsələ, nəhayət ki, həll olunmaq üzrədir.

Evlərin sənədləşdirilməsi onların vergiyə cəlb edilməsi, kommunal xidmətlərlə fasiləsiz təmin edilməsi baxımından da vacibdir. Problemin həlli yolları var.

İlkin olaraq qiymətləndirmənin aparılması, heç də böyük məbləğdə olmayan rüsumun müəyyənləşdirilməsi yolu ilə sənədsiz evlər probleminin həlli mümkündür. Evinə sənəd almaqla həm vətəndaş, həm də büdcəyə əlavə gəlir gətirməklə dövlət qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*