Şengen zonasında QALMAQAL: İş vizaları satılırbackend

Şengen zonasında QALMAQAL: İş vizaları satılır

Oktyabrda seçkiyə getməyə hazırlaşan Polşada bütün Avropanı silkələyən qalmaqal yaşanıb.

KONKRET.az xəbər verir ki, Mərkəzi Avropa ölkəsi Polşada gələn ay keçiriləcək seçkilər öncəsi müzakirələr getdikcə qızışıb. Seçki kampaniyası zamanı partiyaların gündəmində olan qaçqın məsələsi diqqət mərkəzində olub. Hökumətin qeyri-qanuni mühacirlərlə bağlı qanunsuz fəaliyyəti sərt tənqid edilir.

Ötən gün müxalifət partiyaları ölkəyə daxil olan qaçqınlara lazımi yoxlamalar və ehtiyat tədbirləri olmadan iş vizası verildiyini iddia ediblər. Müxalifətçi siyasətçi Tomaş Qrodzki qatıldığı televiziya proqramında “Bu vəziyyət ölkəmizin məsuliyyətli və demokratik ölkə imicinə xələl gətirir və təhlükəsizliyimizi təhdid edir. Ona görə də bu məsələ ilə bağlı ətraflı izahat verilməlidir”.

Polşa Xarici İşlər Nazirliyi bəyanat yayıb və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Açıqlamada iş vizalarının verilməsi zamanı bəzi qanun pozuntularının aşkar edildiyi də vurğulanıb.

Xarici İşlər Nazirliyi Polşanın bütün diplomatik nümayəndəliklərinin yoxlamaya məruz qalacağını bildirib.

Ölkədə bunlar baş verərkən viza qalmaqalında əli olduğu iddiası ilə işdən çıxarılan xarici işlər nazirinin müavini Pyotr Vavrşikin xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan Bild qalmaqaldan sonra Varşavada xəstəxanaya yerləşdirilən Vavrşik haqqında diqqətçəkən iddia ilə çıxış edib.

Bild qəzeti Vavrşikin intihara cəhd etdiyini və bu səbəbdən xəstəxanaya yerləşdirildiyini iddia edib.

Almaniyanın son illərdəki immiqrasiya siyasətlərini tənqid edən, Polşanı qınayan və ikiüzlülükdə günahlandıran Bild qəzeti “350 min iş vizası satılıb? Korrupsiya. Polşa hökuməti qaçaqmalçılıqda şübhəli bilinir”. “Xarici işlər nazirinin müavini intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib”, başlıqlı yazılar dərc edib.

Məqalədə deyilir: “Xəbərə görə, Polşa səfirlikləri və konsulluqları yüz minlərlə qaçqına iş vizası sataraq, Avropa İttifaqına terror təhlükəsi gətirib. “Varşava hökuməti illərdir bu məsələdə Aİ-ni günahlandırır”.

Digər tərəfdən “Amerikanın Səsi” radiosunda yer alan xəbərə görə, 2021-ci ildən bəri Polşanın Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri konsulluqları vasitəsilə ən az 250 min adama orta hesabla 5 min dollara viza verilib. Belə vizalar Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətər vətəndaşlarına da verilib.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*