Keçmiş baş nazir Ehud Olmert Yaser Ərəfatın qardaşı oğlu və Fələstin Muxtariyyətinin keçmiş xarici işlər naziri Nasir əl-Kidva ilə İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün pakt imzalayıb.
KONKRET.az xəbər verir ki, bu paket Şərqi Qüdsün ərəb məhəllələrinin Fələstin dövlətinin nəzarətinə keçməsini ehtiva edir. Sənədə əsasən, Fələstinin paytaxtı bu məhəllələrdə yerləşəcək.
Bunu İsrail telekanalının 12-ci kanalının köşə yazarı, məşhur jurnalist Ehud Yaari deyib.
Keçmiş nazir Əl-Kidva hazırda müvəqqəti olaraq Birləşmiş Ərəb Əmirliklərində yaşayan Fələstin Muxtariyyətinin başçısı vəzifəsinə namizəd Məhəmməd Dahlanın yaxın adamıdır.
Tərəflərin imzaladığı sənədə əsasən, 1967-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılması nəzərdə tutulur.
Rəsmiyyə Şərifova
KONKRET.az