SENSASİYA: İsrail bu tarixdə İrana hücum edə bilərbackend

SENSASİYA: İsrail bu tarixdə İrana hücum edə bilər

İsrailin hərbi-siyasi kabineti İran ətrafında yaranan vəziyyəti və ABŞ-la koordinasiya şəraitində mümkün hücum strategiyasına keçidi müzakirə etmək üçün toplaşacaq.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

İclas Bakı vaxtı ilə 21:00-da keçiriləcək. Bu fonda Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi İran hakimiyyətini kütləvi qətlləri gizlətmək üçün interneti kəsməkdə və informasiya blokadası yaratmaqda ittiham edib. O, 8–9 yanvar tarixlərində azı 12 min nəfərin öldürüldüyünü yazan məlumatlara istinad edərək beynəlxalq araşdırmaya çağırıb.

SENSASİYA: İsrail bu tarixdə İrana hücum edə bilər

İranda davam edən kütləvi etirazlar fonunda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı artan zorakılığından dərin sarsıntı keçirdiyini bildirib. BMT mənbələrinə görə, ölənlərin sayı yüzlərlədir. Hüquq müdafiəçiləri etirazlar zamanı 500-dən çox insanın həlak olduğunu bildirir. İran rəsmiləri isə real itki sayının daha yüksək ola biləcəyini etiraf edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*