Sentyabrın 21-dən Qazaxıstana 200 min Rusiya vətəndaşı DAXİL OLUBbackend

Sentyabrın 21-dən Qazaxıstana 200 min Rusiya vətəndaşı DAXİL OLUB

“Qismən səfərbərlik elan edildikdən sonra 200 mindən çox rusiyalı Qazaxıstana daxil olub. Bu müddət ərzində isə ölkəni 147 min nəfər tərk edib”.

KONKRET.azZakon.kz”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov deyib.

Onun sözlərinə görə, Qazaxıstan-Rusiya sərhədində vəziyyət nəzarət altındadır.

Nazir qeyd edib ki, təkcə oktyabrın 3-də Qazaxıstana 7 min Rusiya vətəndaşı gəlib, 11 minə yaxın isə ölkədən çıxıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Komitəsinin sədri Aslan Atalıkov bildirib ki, aprelin 1-dən 441 nəfər vətəndaşlıq almaq üçün müraciət edib. Onlardan 117-si Rusiyadan olan etnik qazaxlardır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*