SEPAH Baqir Qalibafa QARŞIbackend

SEPAH Baqir Qalibafa QARŞI

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) parlament seçkiləri ərəfəsində parlament sədri Məhəmməd Baqir Qalibafa qarşı kampaniyaya başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə SEPAH-ın nəzarətində olan mətbuat və sosial media kanallarında materiallar dərc edilir.

Materiallarda Qalibaf inhisarçılıqda günahlandırılır. Qalibafın özünə yaxın şəxslərin parlament seçkilərinə namizədliklərini vermələrini təşkil etdiyi və onların qalib gəlməsi üçün fəaliyyət apardığı yazılır.

Qeyd edək ki, son vaxtlar parlament sədrinə qarşı irəli sürülən müxtəlif ittihamlardan sonra SEPAH-a yaxın medianın ona qarşı hücumu Qalibafın qarşıdakı seçkilərdən uzaqlaşdırılması məqsədilə edildiyi ehtimalını gücləndirir./Axar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*