SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi YANIR – VİDEObackend

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi YANIR - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin İraqdakı ofisi güclü yanğınla üzləşib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Bağdadın Cadriyyə körpüsü yaxınlığında yerləşən “Qəlb Aləm” otelində baş verib. Otel rəhbərliyindəki etibarlı mənbələrin verdiyi məlumata görə, alov otel binasının yuxarı mərtəbələrində, SEPAH-ın Kəşfiyyat Bölməsinə məxsus xüsusi ofisdən başlayıb.

Yanğının səbəbləri və nəticələri ilə bağlı rəsmi açıqlama hələ verilməyib. Hadisə yerinə fövqəladə hallar xidməti cəlb olunub, ərazi nəzarətə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*