SEPAH: “Netanyahunu qaçırıb kölə edəcəyik”backend

SEPAH: "Netanyahunu qaçırıb kölə edəcəyik"

İran komandiri Netanyahunu qaçırıb kölə etməklə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, SEPAH komandiri Müctəba Fəda Netanyahunu oğurlamaq fikrini dilə gətirib.

O deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahunu qaçırıb “kölə yaxalığı taxaraq” qul kimi İrana gətirməyi planlaşdırır.

“Sionist rejimin keçmiş baş naziri ümid edirdi ki, İrandakı etirazlar onun Tehrana gəlməsinə imkan verəcək. Amma Allah qoysa, İslam Respublikası qalib gələcək və (indiki) baş naziri kəndir və qul yaxalığı ilə gətirəcək”, – deyə Moctaba Fəda sərt şəkildə bildirib.

İran hakimiyyəti İsrail və ABŞ kəşfiyyat orqanlarının ölkədəki iğtişaşlarda əli olduğundan şübhələnir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*