“Rusiya 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tərəfidir, vasitəçi deyil”.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri qondarma qurumun Antiböhran Şurasının sədri Tiqran Petrosyan öz Facebook səhifəsində yazıb:
“Putun, ya Laçın dəhlizi ilə təhlükəsiz hərəkəti təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməli, ya da öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını bəyan edib beynəlxalq ictimaiyyətə müraciət etməlidir. Əks halda Rusiya bütün Cənubi Qafqazı itirəcək. Putinin seçimi var və qərar vermək vaxtı çatıb…”, – Petrosyan yazıb.
Günel Mikayılova,
KONKRET.az