Qarabağdakı separatçı rejimin keçmiş “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan mətbuatına onun vəkili Rafael Martirosyan deyib.
“Balasanyanın ürəyində problem var, araşdırmalar aparılır”, – deyə o bildirib.
Daha əvvəl vəkil bildirib ki, Balasanyan hakimiyyət nümayəndəsini zorakılıqla hədələmək maddəsi ilə saxlanılıb. Martirosyan qeyd edib ki, həbsdən sonra Balasanyanın bədənində xəsarət izləri aşkarlanıb.
Günel Mikayılova,
KONKRET.az