Cənubi Qafqazın şər qüvvəsi regionda sabitliyi pozmaq üçün hər cür çirkin oyuna əl atır. Üç il əvvəl 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistanda ictimai-siyasi vəziyyət hələ də səngimək bilmir və gündən-günə daha da gərginləşir. 30 il özlərindən qalib xalq imici formalaşdırmağa çalışan regionun şər qüvvələri 44 günlük müharibədə başları əzildikdən sonra bir-birilərini ittiham etməyə başlayıblar. Beş il əvvəl hakimiyyətə gələn Nikol Paşinyanın komandasını məğlubiyyətdə günahkar hesab edən ermənilər reallıqla barışmaq niyyətində deyillər. Ermənistandakı müxalif qüvvələr Paşinyanı satqınlıqda ittiham edir və onu yarıtmaz siyasət yürütməkdə günahlandırırlar.
Paşinyanı ən çox ittiham edən keçmişdə hakimiyyətdə olan qüvvələrdir. İki il əvvəl seçkilərdə uduzan Ermənistan müxalifəti regionda baş verən geosiyasi dəyişiklikdən istifadə edərək, yenidən hakimiyyətə can atır. Bu işdə Ermənistanın ikinci və üçüncü prezidentləri öz imkanlarını səfərbər edərək, Paşinyanın hakimiyyətdən getməsinə çalışırlar. Ona görə də erməni cəmiyyətində çaşqınlıq yaratmağa cəhd edən müxalifət Paşinyanı sərt tənqid edir. Rusiya ilə münasibətlərin kəskinləşməsindən narahat olan qüvvələr Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz edirlər. Daim revanşizmi təbliğ edən müxalifət həm də sülh müqaviləsinin bağlanmasına qarşıdır.
İndi də Ermənistan müxalifətində fikir ayrılığı yaranıb.
KONKRET.az xəbər verir ki, bunu özünün facebook hesabında Ermənistan müxalifətinin liderlərindən hesab olunan Eduard Şarmazanov yazıb.
Şarmazanova görə, “Ermənistanda əsl müxalifətçi 2018-ci il inqilabını şər hesab edəndir”. Əslində bütün erməni cəmiyyəti şərə qulluq edir. 1988-ci ildən azərbaycanlıları öz ata-baba yurdlarından didərgin salan Ermənistan monoetnik dövlətdir və bu ölkədə dini və irqi ayrı-seçkilik səbəbindən başqa millətin nümayəndələri yaşamır. Digər tərəfdən, törətdikləri soyqırım nəticəsində minlərlə soydaşımız qətlə yetirilib. Şər qüvvələrin vəhşiliyi nəticəsində yüzlərlə şəhər və kənd yer üzündən silinib. Ermənilər ilahi ədalətin bərqərar olacağına inanmadığı kimi, sülh müqaviləsinin imzalanmasına da inanmırlar. Amma ermənilərin hər cür şər və böhtanına baxmayaraq, regionda sülhə nail olunacaq. Ermənistanda sülh sazişinin əleyhinə çıxanlar müxtəlif bəhanələr gətirir və Azərbaycanı guya “etnik təmizləmə”də, “humanitar böhran” yaratmaqda ittiham edirlər. Azərbaycan isə öz suveren ərazilərinə tam nəzarəti həyata keçirir və dövlət sərhədləri də etibarlı əllərdədir. Erməni xisləti isə öz iç üzünü yenə göstərir. Bu millətin şərə, böhtana söykənən ideologiyasının arxasında qonşuya niftər, düşmənçilik hissi dayanır.
Neçə vaxtdır Azərbaycanın təklif etdiyi Ağdam marşrutunu qəbul etməyən ermənilər nəyin bahasına olursa-olsun Laçın yolunun açılmasına nail olmaq istəsələr də, sonda hər iki yoldan yüklər eyni zamanda buraxıldı. Bununla razılaşmayan ermənilər yenə təxribatlara əl atır. Ermənistan mətbuatı yazır ki, Qarabağdakı problem təkcə çörək problemi deyil. Qarabağda həm də erməni xalqının “qüruru” dayanır. Ağdam yolundan humanitar yardımın keçirilməsi, sən demə, həm də onların “qüruru”na toxunurmuş.
Xankəndiyə daxil olan malların arasında Türkiyə istehsalı olan məhsulları görən erməni millətçiləri buna etiraz edərək, həmin malların yandırılmasını tələb ediblər. Ermənistanın dəstək verdiyi Qarabağ separatçıları bununla reinteqrasiyanın qarşısını almağa çalışır. Ağdamdan daxil olan malların ekspertizadan keçiriləcəyini bəyan edən separatçılar bununla asanlıqla təslim olmayacaqlarının mesajını verirlər.
Vəli Həsənov,
KONKRET.az