Separatçılar azərbaycanlıların aksiya keçirdiyi yola doğru getməyə hazırlaşırlar.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xankəndidən olan separatçılar şəhər kənarında toplaşıblar. Onlar azərbaycanlı fəalların piketinin keçirildiyi Laçın-Şuşa-Xankəndi yoluna doğru hərəkət etməyi planlaşdırıblar.
Separatçı Tiqran Petrosyan isə deyir ki, sülhməramlılar öz tapşırıqlarının öhdəsindən gəlmir. Ona görə də Xankəndinin mərkəzinə toplaşan ermənilər rus sülhməramlılarının beynəlxalq qüvvələrlə əvəz olunmasını tələb edirlər.
Xuraman Etibarlı,
KONKRET.az