Separatçılar rus sülhməramlıların komandanı Volkova məktub göndərəcəkbackend

Separatçılar rus sülhməramlıların komandanı Volkova məktub göndərəcək

Separatçılar Rusiya sülhməramlı qüvvələrinin komandanlığına məktub göndərmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, erməni mediası məlumat yayıb. Dekabrın 13-də Qarabağdakı separatçı rejim quldurbaşı Arayik Arutyunyanla “təhlükəsizlik şurası”nın genişləndirilmiş “iclas”ını keçirib. Bu “iclas”da Qarabağdakı son vəziyyət müzakirə edilib.

Onlar “humanitar fəlakət”ə səbəb olacaq dəhlizin bağlanmasını qəbuledilməz hesab edərək, Qarabağda yerləşən Rusiya sülhməramlı qoşunlarının komandanlığına məktub göndərmək qərarına gəliblər.

Arayik deyib ki, Qarabağ əhalisinin təhlükəsizliyi və normal yaşayışı problemlərinin həlli üçün “əlindən gələni edəcək”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*