Separatçıların lideri Arayik və qondarma naziri Babayan Moskvaya hansı pasportla və niyə gedib? – AÇIQLAMAbackend

Separatçıların lideri Arayik və qondarma naziri Babayan Moskvaya hansı pasportla və niyə gedib? - AÇIQLAMA

“Qarabağda baş separatçı Arayik Arutyunyanın Moskvaya səfəri ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatı son proseslərin Bakı üçün qaneedici məcrada inkişafından xəbər verir”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib. O bildirib ki, səfirlik Araikin Ermənistan pasportu ilə səfər etdiyini, erməni diasporu ilə görüşdüyünü və Rusiyanın dövlət strukturları, diplomat xətti ilə heç bir təmasın olmadığını açıqlayıb: “Eyni səpkili məlumat separatçıların qondarma “naziri” David Babayanın da səfəri haqqında səsləndirilib. Aprel ayında Araik Moskvaya gedərkən reaksiya belə deyildi, rəsmi olmasa da, xüsusilə media üzərindən sərt münasibət sərgiləndi və bununla Bakı öz mövqeyini də nümayiş etdirirdi. İndi müşahidə olunan reaksiya proseslərin inkişafının müsbət olduğuna və Bakının gözləntilərinə dair ehtimallar yaradır, xüsusilə bu, Moskvada üçtərəfli görüşün keçiriləcəyi xəbərləri fonunda baş verir”.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Asif Nərimanlı əlavə edib ki, sərhədlərin delimitasiyası ilə bağlı mümkün sənədin imzalanması və kommunikasiyanın açılması gözləntiləri erməni qoşunların Qarabağdan çıxarılmasını da şərtləndirir. Bu kontekstdə istisna deyil ki, Arayikin Moskvaya gedişi erməni qoşunlarının çıxarılmasından sonrakı dövrün müzakirə edilməsi ilə bağlı olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*